Məxfilik Siyasəti

Neyron.ai (bundan sonra Neyron) tərəfindən idarə olunan veb-sayta xoş gəlmişsiniz. Biz istifadəçilərimizin məlumatlarının məxfiliyi və təhlükəsizliyini ən yüksək səviyyədə qorumağa çalışırıq. Tanış olacağınız “Məxfilik Siyasəti”, Neyrona-a daxil olduğunuz zaman bizə təqdim edə biləcəyiniz və ya bizim toplaya biləcəyimiz məlumatların növləri və bu məlumatların necə toplanacağı, istifadə ediləcəyi, saxlanacağı, qorunacağı və s. açıqlanacağı barədə sizi məlumatlandırır.

1. Toplanılan məlumatlar və onların əldə olunma prosesi

  • Adınız, e-poçt ünvanınız, telefon nömrəniz və digər əlaqə məlumatları kimi şəxsi məlumatlar;
  • Ziyarət etdiyiniz səhifələr, istifadə etdiyiniz cihazlar və onlayn davranışlarınız haqqında məlumatlar.

Məlumatlar sizdən birbaşa, kukilər və ya analitik vasitələrlə toplanır.

2. Kuki siyasəti

  1. Kukilərdən istifadə: Saytın işləməsi, istifadənin asanlaşdırılması və fərdiləşdirmə üçün istifadə olunur.
  2. Kukilərin növləri:
    • Mütləq zəruri kukilər: Əsas funksiyalar üçün tələb olunur.
    • Performans kukiləri: Saytın istifadə analizinə yönəlib.
    • Funksional kukilər: Dil seçimi və fərdiləşmələri saxlayır.
    • Reklam kukiləri: Fərdi reklamlar təqdim edir.
  3. Kukilərin idarə edilməsi: Brauzer parametrləri ilə kukiləri idarə edə bilərsiniz.
  4. Üçüncü tərəf kukiləri: Reklam və analiz xidmətlərindən istifadə oluna bilər.
  5. Məlumatlarınızın təhlükəsizliyi: Kukilər təhlükəsizlik tədbirləri ilə qorunur.

Saytdan istifadə etməklə, kukilərdən istifadəyə razılıq vermiş olursunuz.

3. Məlumatlarınızın açıqlanması

  1. Törəmə və filiallarla paylaşma: Əlaqəli şirkətlərlə paylaşım mümkündür.
  2. Xidmət təminatçıları və podratçılar: Lazım gəldikdə məlumatlar paylaşılır.
  3. Məqsədli paylaşma: Xidmət və ya məhsul təqdim etmək üçün.
  4. Qanuni tələblər: Məhkəmə qərarları və qanunlara uyğun olaraq.
  5. Hüquqların və təhlükəsizliyin qorunması: Hüquqi müdafiə və təhlükəsizlik üçün.
  6. Razılıq əsasında paylaşma: Əvvəlcədən razılıq alınacaq.

4. Məlumatların təhlükəsizliyi

Məlumatlar icazəsiz giriş, dəyişiklik və açıqlamadan qorunur. Sizin də təhlükəsiz parol istifadəsi ilə bu prosesi dəstəkləməyiniz vacibdir.

5. Məlumatların saxlanması

Məlumatlar yalnız lazım olan müddət ərzində saxlanılır. Qanuni və mühasibat tələblərinə uyğun olaraq müddət təyin olunur.

6. Hüquqlarınız

  • Şəxsi məlumatlara giriş;
  • Düzəliş və silinmə;
  • Emala etiraz və məhdudlaşdırma;
  • Məlumat ötürülməsi və razılığın geri götürülməsi.

Hüquqlarınızdan istifadə üçün [email protected] ünvanına yazın.

7. Məxfilik Siyasətimizə Dəyişikliklər

Dəyişikliklər bu səhifədə yerləşdiriləcək. Əhəmiyyətli dəyişikliklər əsas səhifədə bildirilməklə elan olunacaq.

8. Əlaqə

Bu siyasət və məxfilik məsələləri ilə bağlı suallar üçün bizimlə əlaqə saxlayın:

E-poçt: [email protected]